Əsas səhifə » Trampın açıqlamaları BMT Nizamnaməsini pozur - Panama

Trampın açıqlamaları BMT Nizamnaməsini pozur - Panama

Bakı, AzerVoice

Panama rəhbərliyi, ABŞ-ın keçmiş prezidenti Donald Trampın Panama kanalı ilə bağlı ritorikasını kəskin şəkildə tənqid edərək, bu bəyanatların BMT Nizamnaməsinin prinsiplərinə zidd olduğunu bildirib.

AzerVoice xəbər verir ki, “New York Times” qəzetinin xəbərinə görə, Panama prezidenti Xose Raul Mulino, BMT Təhlükəsizlik Şurasına və BMT-nin baş katibi Antonio Quterreşə məktub göndərib.

Məktubda Mulino, BMT Nizamnaməsinin üzv dövlətlərin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə hörmət göstərilməsi tələbini vurğulayıb. O qeyd edib ki, Trampın Panama kanalını geri almaq haqqında bəyanatları bu prinsipləri açıq şəkildə pozur.

Belə ki, Donald Tramp prezidentliyi dövründə etdiyi bir çıxışında Panama kanalı məsələsinə toxunaraq, “Panama kanalını Çin idarə edir. Biz onu Çinə verməmişdik, Panamaya vermişdik və geri alırıq,” deyə qeyd edib.

Panama prezidenti Xose Raul Mulino, Trampın açıqlamalarına cavab olaraq, yanvarın 20-də sosial media hesabında , "Panama kanalı Panama məxsusdur və belə də qalacaq." - deyə vurğulayıb.

Qeyd edək ki, Panama kanalı dünya ticarətində strateji mövqeyə malikdir və ABŞ-ın nəzarətində olduğu dövrdən sonra 1999-cu ildə rəsmi olaraq Panamaya təhvil verilib. Kanal hazırda Panama hökuməti tərəfindən idarə olunur və ölkənin mühüm gəlir mənbəyidir.

Digər Kateqoriyalar

2025 © Azervoice