Əsas səhifə » ABŞ Sahil Mühafizəsinda təhlükəsizlik tədbirlərini artırılıb

ABŞ Sahil Mühafizəsinda təhlükəsizlik tədbirlərini artırılıb

Bakı, AzerVoice

ABŞ Sahil Mühafizəsi, Prezident Donald Trampın sərəncamlarından sonra təhlükəsizlik tədbirlərini gücləndirdiyini və dəniz sərhədlərində mövcudluğu artırmaq üçün addımlar atdığını elan edib.

AzerVoice xəbər verir ki, sahil Mühafizəsinin komandir müavini Kevin Lunday bəyan edib ki, təyyarələrin, qayıqların və təhlükəsizlik texnikalarının sayı artırılacaq. Həmçinin, personal yerləşdirilməsi də genişləndiriləcək.

Lunday, bu tədbirlərin sərhədlərə yaxınlaşan qeyri-qanuni fəaliyyətləri vaxtında aşkarlamaq, qarşısını almaq və zərərsizləşdirmək məqsədi daşıdığını vurğulayıb.

Açıqlamada diqqət çəkən məqamlardan biri "Meksika körfəzi" əvəzinə "Amerika körfəzi" ifadəsinin istifadə olunmasıdır.

Qeyd edək ki, bu qərar, Prezident Trampın Sahil Mühafizəsinin komandiri Linda Li Faqanı vəzifədən azad etməsindən sonra gəlib. Tramp, qeyri-qanuni immiqrasiya və sərhəd təhlükəsizliyi ilə bağlı sərəncamlar imzalayarkən, "Meksika körfəzinin adını tezliklə Amerika Körfəzi adlandıracağıq," ifadəsini işlədərək diqqət çəkmişdi.

Digər Kateqoriyalar

2025 © Azervoice