Bakı,
AzerVoice
ABŞ prezidenti Donald Tramp, Oval kabinetdə jurnalistin Co Baydenin
ona məktub qoyub-getməməsi ilə bağlı sualını cavablandırıb.
AzerVoice xəbər verir ki, Tramp,
siyirmələri vərəqləyərək üzərində karandaşla 47 rəqəmi yazılmış
zərfi tapıb, onu kameralara qaldırıb və zarafatla "Bəlkə hamımız
birlikdə oxuyaq" - deyib. Lakin fikrini dəyişərək, məktubu tək
oxuyacağını bildirib.
Əvvəlki Amerika prezidentləri, 36 illik ənənə olaraq, Ağ Evi tərk etməzdən əvvəl öz xələflərinə mesajlar qoyublar.
Qeyd edək ki, ilk dəfə 1989-cu ilin yanvarında Ağ Evi tərk etməzdən əvvəl keçmiş prezident Ronald Reyqan, öz varisi Corc H.W. Buşa xüsusi məktub yazaraq, prezidentlərin öz xələfləri üçün əlyazma məktubları buraxması ənənəsinə başlamışdı.