Əsas səhifə » İtaliyada baş örtüyü qadağası İslamafobiyaya yol aça bilər

İtaliyada baş örtüyü qadağası İslamafobiyaya yol aça bilər

Bakı, AzerVoice

İtaliyada sağçı koalisiya hökumətinin tərkibindəki ifrat sağçı Liqa Partiyası ictimai yerlərdə burqa və çadra kimi üz örtən geyimlərin qadağan olunmasını nəzərdə tutan qanun layihəsini parlamentə təqdim edib.

AzerVoice xəbər verir ki, layihənin məqsədi həm geyim qadağası tətbiq etmək, həm də bu geyimləri məcburi şəkildə taxdıranlara sərt cəzalar nəzərdə tutmaqdır.

Belə ki. ictimai yerlərdə burqa və niqab geyinən şəxslərə 30.000 avroya qədər pul cəzası və iki il həbs cəzası tətbiq ediləcək.
Həmçinin, qadınları və ya qızları niqab taxmağa məcbur edən kişilər vətəndaşlıq müraciəti hüququndan məhrum ediləcək. Cəza, əgər məcburetmə uşağa, qadına və ya əlil şəxsə qarşı tətbiq olunarsa, daha da artırıla bilər.

Bu qanun layihəsi, 1975-ci ildə qəbul edilmiş və ictimai yerlərdə üz örtülməsini təhlükəsizlik səbəbi ilə məhdudlaşdıran mövcud qanundan daha sərt qaydalar təqdim edir. Mövcud qanuna əsasən ibadət və sağlamlıq səbəbləri kimi bəzi istisnaları nəzərə alınmışdı, lakin yeni təklif bu istisnaları tamamilə aradan qaldırmağı hədəfləyir.

Liqa Partiyasının lideri Matteo Salvini bu qanun layihəsini "mədəniyyətə və Qərb azadlıq prinsiplərinə hörmətin tələb olunması" kimi xarakterizə edərək, qadınlara qarşı zorakılığı dayandırmaq məqsədin daşıdığını vurğulayıb. O, sosial media hesabında "Tolerantlıq olmayacaq" ifadəsini istifadə edərək layihəni müdafiə edib.

Qeyd edək ki, müxalifətin Yaşıl-Sol Alyansı (AVS) qanun layihəsini kəskin tənqid edib. AVS Parlament Qrupunun sədr müavini Luana Zanella bu təklifi "İslamofobiyanın dirçəlişi" kimi qiymətləndirib və qadınların azadlığı ilə bağlı məsələlərin daha kompleks yanaşma tələb etdiyini vurğulayıb. O, bu təklifin qadınların hüquqlarını qorumaqdan çox, İslamofobiyaya yol açacağını bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice