Əsas səhifə » Tramp ABŞ-ın Paris İqlim Sazişindən çıxacağını açıqlayıb

Tramp ABŞ-ın Paris İqlim Sazişindən çıxacağını açıqlayıb

Bakı, AzerVoice

Dünən rəsmi olaraq vəzifəsinə başlayan ABŞ-ın yeni prezidenti Donald Tramp yenidən Paris İqlim Sazişindən çıxacağını bəyan edib.

AzerVoice xəbər verir ki, Tramp, prezidentlik dövründəki siyasət prioritetlərini açıqlayaraq, ABŞ-ın sazişdən geri çəkilməsini əsas məqsədlərdən biri kimi göstərib.

Belə ki, Tramp ilk dəfə 2017-ci ilin yanvarında prezident vəzifəsinə başlayarkən, ABŞ-ın 2015-ci ildə razılaşdırılmış Paris İqlim Sazişindən çıxması qərarını vermişdi.

Daha sonra isə, 2021-ci ildə Trampın prezident seçkilərində məğlub olmasından sonra vəzifəyə gələn Co Bayden, Trampdan fərqli olaraq prezidentliyinin ilk günündə ABŞ-ı yenidən Paris İqlim Sazişinə qaytaran fərman imzalamışdı.

Qeyd edək ki, Paris sazişi - BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına əsasən , 2020-ci ildən atmosferdəki karbon dioksidin azaldılmasına dair tədbirləri tənzimləyən bir razılaşmadır.

Digər Kateqoriyalar

2025 © Azervoice