10
Bakı, AzerVoice
ABŞ-ın keçmiş prezidenti Co Bayden Vaşinqtonu tərk edərkən, son
çıxışında ölkənin qarşısında hələ də çox vəzifə işlərin olduğunu
vurğulayıb.
AzerVoice xəbər verir ki,
Kaliforniyaya tətilə yola düşməzdən əvvəl jurnalistlərlə danışan
Bayden, Donald Trampın prezidentlik andiçmə mərasimindəki çıxışına
istinad edərək, "Biz bugün vəzifədən gedirik, amma mübarizəmiz isə
hələ bitməyib. İləridə görəcəyimiz çox iş var," -deyə
vurğulayıb.
Bayden öz keçmiş prezidentlik dövrünü şərəflə xatırladığını bildirib və komandasını yüksək dərəcədə qiymətləndirərək, arzuladığı komanda olduğunu ifadə edib.