Əsas səhifə » HƏMAS azılaşmanın bəzi hissələrindən geri çəkilir- Netanyahu

HƏMAS azılaşmanın bəzi hissələrindən geri çəkilir- Netanyahu

Bakı, AzerVoice

İsrailin baş naziri Benyamin Netanyahu, HƏMAS hərəkatını Qəzzada atəşkəs razılaşmasının bəzi detallarından geri çəkilməkdə ittiham edib, bu isə İsrail hökumətinin razılaşmanı təsdiqləməsini gecikdirib.

AzerVoice xəbər verir ki, Netanyahu açıqlamasında, "HƏMAS vasitəçilər və İsrail ilə əldə edilən razılaşmanın bəzi hissələrindən geri çəkilir və son anda güzəştlər qoparmağa çalışır," - deyə bildirib.

"İsrail hökuməti vasitəçilər İsrailə HƏMAS-ın razılaşmanın bütün elementlərini qəbul etdiyini bildirməyincə toplanmayacaq." - deyə o bildirib.

Digər tərəfdən, HƏMAS-ın yüksək vəzifəli nümayəndəsi İzzət əl-Rişq, hərəkatın əldə edilmiş hər hansı bir razılaşmadan geri çəkildiyini təkzib edərək, vasitəçilər tərəfindən elan edilən atəşkəs razılaşmasına HƏMAS-ın sadiq olduğunu vurğulayıb.

Qeyd edək ki, İsrail hökumətinin bu gün toplanaraq Doha və Vaşinqtonun elan etdiyi Qəzzada HƏMAS ilə atəşkəs razılaşmasına yaşıl işıq yandırması planlaşdırılırdı. Bu razılaşma, 15 aydan çox davam edən, on minlərlə insanın ölümünə, genişmiqyaslı dağıntılara və bölgədə humanitar fəlakətə səbəb olan müharibədən sonra elan edilib.

Digər Kateqoriyalar

2025 © Azervoice