Əsas səhifə » Tramp ABŞ-da TikTok qadağasının əleyhinədir

Tramp ABŞ-da TikTok qadağasının əleyhinədir

Bakı, AzerVoice

Yeni seçilmiş ABŞ prezidenti Donald Tramp, TikTok-un seçki kampaniyası zamanı yüksək effektivliyə malik bir vasitə olduğunu vurğulayaraq, tətbiqin ABŞ istifadəçiləri üçün əlçatan qalmasının tərəfdarıdır.

AzerVoice xəbər verir ki, Donald Tramp, 2025-ci il yanvarın 20-də prezident vəzifəsini yenidən icra etməyə başladığı təqdirdə, bu qadağaya qarşı çıxacağını və həll yolu təqdim edəcəyini vəd edib.

Xatırladaq ki, TikTok-un ABŞ-dakı fəaliyyətinə qarşı hüquqi mübarizə 2024-cü ildə, Bayden administrasiyasının tətbiqə qarşı sərt mövqe tutması ilə başlayıb. Mart ayında Senat tərəfindən qəbul edilən və prezident Co Bayden tərəfindən imzalanan qanun, TikTok-un ya ABŞ şirkətinə satılmasını, ya da qadağan edilməsini tələb edir. Bu qərar TikTok-un ana şirkəti ByteDance-in Çin hökuməti ilə mümkün əlaqələrinə görə qəbul edilib.

TikTok isə Apellyasiya Məhkəməsinə müraciət edərək, tətbiqin ByteDance-dən ayrılmasının qısa müddət ərzində mümkün olmadığını və bu tələbin praktiki olmadığını müdafiə edib. Bununla belə, məhkəmə qərarı şirkətin əleyhinə çıxıb və qadağanın qanuni olduğunu təsdiqləyib.

TikTok, həmçinin istifadəçilərin məlumatlarının təhlükəsizliyini təmin etmək və ABŞ hökumətinin narahatlıqlarını aradan qaldırmaq üçün müxtəlif texniki həllər təklif edib. Bununla belə, ABŞ hökumətinin mövqeyi sərt olaraq qalıb.

Digər Kateqoriyalar

2025 © Azervoice