Bakı,
AzerVoice
İndoneziyanın Şimali Maluku əyalətində yerləşən İbu vulkanı,
püskürməsindən sonra ən yüksək xəbərdarlıq səviyyəsinə gəlib.
AzerVoice xəbər verir ki , İndoneziya
Milli Fəlakət İdarəetmə Agentliyi (BPBD) bildirib ki, vulkan
püskürməsi nəticəsində bölgəyə vulkanik kül səpilib və əhali üçün
təhlükə yaranıb.
Püskürmənin müddəti təxminən 2 dəqiqə davam edib və vulkanın
üstündən 4 kilometrə qədər tüstü yüksəlib.
Hazırda bölgədə müvəqqəti təxliyyə məntəqələri qurulub, sakinlərin
zərurət yaranacağı halda sürətlə təxliyə ediləcəyi bildirilib.
Qeyd edək ki, İndoneziya "Sakit Okean Atəş Halqası" adlanan zəlzələ və vulkanik fəaliyyət zonasının bir hissəsidir. Bu bölgədə hazırda 130-dan çox aktiv vulkan mövcuddur və bu vulkanlar tez-tez püskürərək həm yerli sakinlərin, həm də ətraf mühitin təhlükəsizliyini təhdid edir.
İndoneziya rəsmiləri bölgədəki əhalini vulkanın yaxınlığından uzaq durmağa çağırıb. Vulkanik külün tənəffüs yollarına təsiri və digər təhlükələri nəzərə alaraq, müvafiq müdafiə tədbirlərinə əməl etmələri tövsiyə olunub.