Əsas səhifə » Mədinə qubernatorunun müavini Hindistan naziri ilə görüşüb

Mədinə qubernatorunun müavini Hindistan naziri ilə görüşüb

BAKI,AzerVoice
Səudiyyə Ərəbistanı Krallığı Mədinə bölgəsi qubernatorunun müavini Şahzadə Saud bin Xalid bin Faysal, Hindistanın Azlıqlar üzrə İttifaq Naziri və Parlament İşləri Naziri Şri Kiren Rijiju ilə Krallığa rəsmi səfəri çərçivəsində görüşüb.
Görüş zamanı tərəflər, Hindistandan olan zəvvarlarının Mədinədəki qalışı ilə bağlı təşkilati məsələləri müzakirə ediblər.
Rijiju, həmçinin Ciddə və Mədinə hava limanlarındakı Həcc terminallarını ziyarət edib və zəvvarların gəlişi, gedişi və baqajların idarə edilməsi üçün mövcud olan imkanlarla tanış olub.

Digər Kateqoriyalar

2025 © Azervoice