Əsas səhifə » Səudiyyə və Fransa regional məsələləri müzakirə ediblər

Səudiyyə və Fransa regional məsələləri müzakirə ediblər

BAKI,AzerVoiice

Səudiyyə Ərəbistanının Vəliəhd Prensi və Baş Nazir Məhəmməd bin Salman, Fransa Prezidenti Emmanuel Makron ilə telefon danışığı keçirib. AzerVoice xəbər verir ki, telefon danışığı zamanı, hər iki ölkə arasındakı ikitərəfli münasibətlər və onların inkişaf etdirilməsi yolları müzakirə edilib.

Eyni zamanda, müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıqla bağlı bir sıra məsələlər və regional hadisələrin yenilikləri müzakirə olunub.

Qeyd edək ki, 2024-cü ilin noyabr ayında Fransa prezidenti Makron Səudiyyə Ərəbistanına səfər edib.

Digər Kateqoriyalar

2025 © Azervoice