12
Bakı, AzerVoice
İsrailin təhlükəsizlik kabineti və hökuməti bu gün Qəzzada atəşkəs və məhbus mübadiləsi razılaşmasına səs vermək üçün bir araya gələcək.
AzerVoice xəbər verir ki, bu barədə israil dövlət televiziyası KAN məlumat verib.
Məlumata əsasən israilin atəşkəs və məhbus mübadiləsi razılaşmasının müzakirə ediləcəyi görüşə hazırlıq gördüyü və bəzi nazirlərin proqramlarını ləğv etdiyi bildirilib.
HƏMAS rəhbərliyi də razılaşmaya müsbət cavab verib və müqavilənin bu gün imzalanaraq açıqlanması gözlənilir.
Fələstinli mənbə razılaşmanın sabah açıqlanmasının gözlənildiyini və atəşkəsin elanından sonra 24-48 saat ərzində başlayacağını bildirib.