Bakı,AzerVoice
ABŞ, Türkiyənin Suriya ilə sərhədi boyunca PKK /YPG terrorizmi təhdidləri ilə bağlı təhlükəsizlik narahatlıqlarını anlayır.
AzerVoice xəbər verir ki, bu sözləri Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi jurnalistlərə açıqlamasında deyib.
"Biz Türkiyəni təhlükəsizlik narahatlıqlarının olduğunu başa düşürük. Türkiyə vətəndaşları, türk qəsəbələri, türk şəhərləri terrorçuların hücumuna məruz qalıb",- deyə Kirbi vurğulayıb.
Kirbi bildirib ki, ABŞ-ın Suriyadakı mövcudluğu İŞİD-in dekabrda rejim lideri Bəşər Əsədin hakimiyyətdən getməsinin ardından yenidən qruplaşmasının qarşısını almaq məqsədi daşıyır.
Qeyd edək ki, Türkiyəyə qarşı apardığı 40 illik terror kampaniyasında Türkiyə, ABŞ və Avropa İttifaqı tərəfindən terror təşkilatları siyahısına salınan PKK qadın, uşaq və körpələr də daxil olmaqla 40 mindən çox insanın ölümünə səbəb olub. YPG PKK-nın Suriya qoludur.
PKK/YPG Əsəd rejiminin devrilməsindən sonra yaranmış qeyri-müəyyənlikdən istifadə edərək Türkiyə ilə sərhəddə “terror dəhlizi” yaratmaq səylərini gücləndirməyə çalışıb.