24
Bakı, AzerVoice
Sudanın Xartum, Omdurman şəhərlərində baş verən silahlı insident nəticəsində 120-dən çox insan həlak olub.
AzerVoice xəbər verir ki, baş verən silahlı toqquşmanın arxasında kimin və ya hansı silahlı qruplaşmanın dayandığı hələ ki məlum deyil.
Məlumat üçün bildirək ki, Sudanda 20 aydan çox davam edən vətəndaş müharibəsindən sonra ordu ilə yarımhərbiləşdirilmiş Çevik Dəstək Qüvvələri arasında döyüşlər son həftələrdə daha da şiddətlənib.
Vətəndaş müharibəsi nəticəsində minlərlə insan humanitar böhranla üz-üzədir.