Əsas səhifə » İran Avropa ilə gərginliyi azaltmağa çalışır

İran Avropa ilə gərginliyi azaltmağa çalışır

BAKI,AzerVoice

İran Avropa gücləri ilə gərginliyi azaltmaq məqsədi ilə avropalı məhbusları azad edib. AzerVoice xəbər verir ki, bu addım 2015-ci il nüvə sazişini canlandırmaq məqsədi daşıyan qapalı danışıqların ikinci raundunun başlanması ilə üst-üstə düşür.
Bu eyni zamanda Tehrana qarşı “maksimum təzyiq” kampaniyası ilə tanınan ABŞ prezidenti Donald Trampın ikinci müddətə başlamasına bir neçə gün qalmışa təsadüf edir.

Qedy edək ki, Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) bildirir ki, İran uranı 60% -ə qədər zənginlə.dirə bilən yeganə ölkədir və bu mülki məqsədlər üçün istifadəyə lazım olan səviyyədən olduqca çoxdur.

Bütün bunlara baxmayaraq, İran nüvə silahı əldə etmək cəhdini inkar edir, proqramının dinc xarakter daşıdığını iddia edir. Bununla belə, Qərb dövlətləri nüvə silahı istehsal etməyi hədəfləmədikcə bu qədər yüksək səviyyədə zənginləşdirmə üçün heç bir qanuni səbəb olmadığını iddia edirlər.

Nüvə danışıqlarının ləngiməsi ilə hər iki tərəf diplomatik həll yolu tapmaq və daha da gərginləşmədən qaçmaq üçün artan təzyiqlərlə üzləşir.

Almaniya Xarici İşlər Nazirliyi aydınlaşdırıb ki, davam edən müzakirələri sadəcə olaraq “məsləhətləşmlır” adlmandırıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bildirib ki, bir neçə gün davam edəcəyi gözlənilən danışıqlarda bir çox məsələlər müzakirə olunacaq. O əlavə edib ki, İranın əsas məqsədi sanksiyaları ləğv etməkdir, eyni zamanda qarşı tərəflərin narahatlıqlarını dinləməkdir.

Fransa Xarici İşlər Nazirliyi bu görüşü Avropanın İranın nüvə proqramı ilə bağlı diplomatik həll yolunun tapılmasına sadiqliyinin əlaməti adlandırıb və bu, sürətlə irəliləyişinə görə əsas narahatlıq olaraq qalır.

İran ümid edir ki, bu səylər gərginliyi azaltmağa və diplomatik təzyiq artdıqca Avropa ilə mövqeyini yaxşılaşdırmağa kömək edəcək.

Digər Kateqoriyalar

2025 © Azervoice