Əsas səhifə » Yaponiyada 6,9 bal gücündə zəlzələ baş verib

Yaponiyada 6,9 bal gücündə zəlzələ baş verib

Bakı, AzerVoice

Yaponiyanın Kyuşu bölgəsində güclü zəlzələ baş verib.

AzerVoice xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyi (JMA) məlumat yayıb ki, yerli vaxtla saat 21:19-da baş verən zəlzələ 30 kilometr dərinlikdə qeydə alınıb və maqnitudası 6,9 bal təşkil edib.

Zəlzələnin episentri Miyazaki sahillərində olub. Yeraltı təkanlar Kyuşu bölgəsinin cənubundakı prefekturalarda, xüsusilə də Miyazaki və Koçi əyalətlərində güclü şəkildə hiss olunub.

Yaponiya dövlət televiziyası NHK, zəlzələdən sonra Miyazaki və Koçi prefekturalarının sahilləri üçün sunami xəbərdarlığı yayıb.

"Nəhəng dalğa" təhlükəsi ilə bağlı sahil bölgələrində yaşayan sakinlərə ehtiyat tədbirləri görmələri və dəniz sahillərindən uzaq durmaları tövsiyə edilib. Rəsmi qurumlar bölgədə vəziyyətin izlənildiyini və sunami təhlükəsinin davam edib-etməyəcəyini qiymətləndirdiklərini açıqlayıb.

ABŞ Geoloji Xidməti (USGS) isə zəlzələnin maqnitudasını 6,8 bal olaraq ölçüb. ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələ geniş bir ərazidə hiss edilib və sahil bölgələrində sunami riski yüksəkdir.

Yaponiyanın rəsmi orqanları zəlzələ nəticəsində baş verə biləcək təbii fəlakət risklərinin qiymətləndirildiyini və əhaliyə dəqiq məlumat veriləcəyini bildirib.

Qeyd edək ki,, Yaponiya "Sakit okean odlu xətti" üzərində yerləşdiyi üçün güclü zəlzələlər və sunami təhlükəsi ilə üzləşən ölkələrdən biridir. Ölkədə tez-tez güclü yeraltı təkanlar qeydə alınır və zəlzələ nəticəsində sunami riski yaranır. Bununla əlaqədar olaraq, Yaponiya hökuməti zəlzələ və sunami təhlükəsinə qarşı yüksək hazırlıq səviyyəsini saxlayır.

Hazırda bölgədəki vəziyyət diqqətlə izlənilir və sahil bölgələrində əhali ehtiyatlı olmağa çağırılıb.

Digər Kateqoriyalar

2025 © Azervoice