Bakı,AzerVoice
Buxarestdə nümayişçilər prezident seçkilərinin ləğvinə qarşı çıxıb və hazırkı dövlət başçısı Klaus İohannisin istefasını tələb ediblər.
AzerVoice xəbər verir ki, on minlərlə insan 2024-cü ilin noyabrında keçirilən prezident seçkilərinin birinci turunun nəticələrinin ləğv edilməsinə etiraz edib.
Rəsmi olaraq, İohannisin səlahiyyətləri dekabrın 21-də başa çatıb, lakin o, varisinin adı müəyyən olunana qədər dövlət başçısının kreslosunda qalır.
Dekabrın altısında Rumıniyanın Ali Konstitusiya Məhkəməsi milli təhlükəsizlik xidmətlərinin səsvermənin ifrat sağçı namizəd Kalin Georgescu-nun lehinə təhrif oluna biləcəyi barədə xəbərdarlıq etməsindən sonra ölkədə prezident seçkilərinin nəticələrini ləğv edib .
Daha sonra yerli xüsusi xidmət orqanları sosial şəbəkədə bir neçə min bot hesabının namizədin xeyrinə təbliğat apara biləcəyini bildirən sənədləri dərc edib.
Xatırladaq ki, C. Georgesku ilk raundda gözlənilmədən qalib gələrək ikinci mərhələdə Yelena Laskoni ilə mübarizə aparmalı olub. Seçkilərin ikinci turu bazar günü keçirilməli idi.