Əsas səhifə » İsveç NATO-nun əməliyyatı üçün üç gəmi və təyyarə göndərəcək

İsveç NATO-nun əməliyyatı üçün üç gəmi və təyyarə göndərəcək

Bakı, AzerVoice

İsveç hökuməti NATO-nun Baltik dənizində müşahidə əməliyyatında iştirak etmək üçün hərbi-dəniz qüvvələrinə məxsus üç gəmi və bir hava qüvvələri təyyarəsini göndərmək qərarına gəlib.

AzerVoice-in məlumatına görə, bu barədə Finlandiyanın "Yle" portalı xəbər verib.

"NATO-nun rəhbərlik etdiyi əməliyyatın məqsədi dənizaltı kabelləri zədələnmədən qorumaqdır", deyə - qeyd olunub.

İsveç gəmiləri hələ də müşahidə missiyasına başlamayıb. Onların iştirakı ilə bağlı son tarix hələ müəyyən edilməyib. Bununla bağlı qərarı NATO Monitorinq Əməliyyatları Komandanlığı verəcək.

Digər Kateqoriyalar

2025 © Azervoice