Əsas səhifə » Vyetnamda hava çirklənməsi rekord həddə çatıb

Vyetnamda hava çirklənməsi rekord həddə çatıb

Bakı, AzerVoice

Vyetnamın paytaxtı Hanoyda havanın çirklənməsi ciddi şəkildə artıb

AzerVoice xəbər verir ki, səlahiyyətlilər vətəndaşlara evdən çıxmamağı tövsiyə edirlər.

Belə ki, havada PM2.5 çirkləndirici hissəciklərin səviyyəsi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi limitdən 13,2 dəfə yüksək olduğu bildirilib.

AirVisual agentliyinin məlumatına görə, Hanoyda Hava Keyfiyyəti İndeksi (AQI) 309-a yüksələrək "təhlükəli" səviyyəyə çatıb. Bu vəziyyət, xüsusən də həssas qruplar üçün ciddi sağlamlıq riskləri yaradır.

Vyetnamın səlahiyyətliləri, hava çirklənməsinin artması səbəbindən vətəndaşları evdə qalmağa və mümkün olduğu qədər maskalardan istifadə etməyə çağırıb. Küçəyə çıxmaq məcburiyyətində qalanlara, çirklənmənin qarşısını almaq üçün motosiklet istifadəsinin məhdudlaşdırılması və ictimai nəqliyyata üstünlük verilməsi təklif edilib.

Digər Kateqoriyalar

2025 © Azervoice