Bakı,
AzerVoice
İsrail və Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) arasında
atəşkəs və girovların azad edilməsi ilə bağlı sövdələşmədə
irəliləyiş əldə olunub.
AzerVoice xəbər verir ki, ABŞ
prezidenti Co Bayden dünən bildirib ki, prosesi çətin keçsə də,
nəticəyə nail olunacağına ümid etdir.
"Biz bu gün danışıqlarda iştirak edən şəxslərlə görüşərək real
irəliləyiş əldə etdik. Mən hələ də ümid edirəm ki, əsirlərin və
girovların mübadiləsi baş tuta bilər. Hazırda bu mübadilənin
qarşısında HƏMAS dayanır, amma düşünürəm ki, biz bunu edə bilərik,"
— deyə Bayden Ağ Evdə jurnalistlərə bildirib.
Bayden, həmçinin Livanın yeni seçilmiş prezidenti Cozef Aun ilə telefon danışığı apardığını və onu ölkənin hazırkı böhran dövründə doğru lider hesab etdiyini bildirib.