12
Bakı,
AzerVoice
Rusiya prezidenti Vladimir Putin ABŞ-ın yeni seçilmiş prezidenti
Donald Trampla dialoq qurmağa hazırdır.
AzerVoice xəbər verir ki, bu barədə
Kremlin sözçüsü Dmitri Peskov Moskvada keçirdiyi mətbuat
konfransında bildirib.
Peskovun sözlərinə görə, Putin Trampın Rusiya ilə yüksək səviyyədə əlaqələri bərpa etmək istəyini alqışlayır. Kremlin sözçüsü vurğulayıb ki, Rusiya əvvəldən ABŞ administrasiyası ilə konstruktiv dialoq qurmağa hazır olub.
"Hələlik bu məsələ ilə bağlı heç bir rəsmi müraciət olmayıb. Trampın yanvar ayında vəzifəsinin icrasına başlamasını gözləmək daha yaxşı olardı. Əgər o, vəzifəyə gəldikdən sonra da bu siyasi iradəni davam etdirərsə, biz təbii ki, bunu alqışlayırıq." -deyə bildirib.