Bakı,
AzerVoice
ABŞ-ın Los-Anceles şəhərində davam edən yanğınlarla mübarizə üçün
şəhər hakimiyyəti bir sıra ciddi tədbirlər alır.
AzerVoice xəbər verir ki, şəhərin
Pasadena vilayətinin meri Viktor Qordo sakinləri xəbərdar edib ki,
Palisades və Eaton bölgələrində təhlükəsizlik məqsədilə komendant
saatı tətbiq edilib
Sakinlərə bu bölgələrdən tamamilə uzaq durmaq və evakuasiya əmrləri
rəsmi olaraq ləğv edilməyənə qədər evlərinə qayıtmamaqları
tapşırılıb. Bölgə boyunca 180,000 nəfər üçün aktiv təxliyə əmri,
əlavə olaraq 200,000 nəfər üçün evakuasiya xəbərdarlığı
qüvvədədir.
"İnsanların geri qayıtmağa başladığını görürük. Onlara mesajımız aydındır: Evakuasiya əmri qüvvədədir, geri qayıtmayın," – deyə Qordo ciddi xəbərdarlıq edib.
Hazırda yanğınların söndürülməsi və zərərin azaldılması üçün genişmiqyaslı tədbirlər davam edir.
Qeyd edək ki, Los-Anceles rəsmiləri yanvarın 7-də şəhərin dəbdəbəli məhəllələrindən birində baş verən yanğınların 6 ayrı sahədə davam etdiyini və hazırda yanğında 5 nəfərin həlak olduğunu açıqlayıb. Yanğınların səbəbləri hazırda araşdırılır, lakin rəsmi mənbələr havanın quraq və küləkli şəraitinin alovun sürətlə yayılmasına səbəb olduğunu qeyd edirlər.