7
Bakı, AzerVoice
ABŞ-nin Kaliforniya ştatında meşə yanğınlarının miqyası nüvə silahının fəsadları ilə müqayisə olunub.
Bu barədə AzerVoice CNN-ə istinadən xəbər verir.
Los-Anceles dairəsinin şerifi Robert Luna bildirib ki, yanğının viran qoyduğu rayonların səmadan görünüşü, "atom bombası" atılmış ərazidəki xarabalığı xatırladır.
O, təbii fəlakət qurbanlarının sayının artmayacağına ümid etdiyini bildirsə də, yanğınların miqyasının heç də "xoş xəbərlər" vəd etmədiyini dilə gətirib.
Qeyd edək ki, Los-Ancelesdəki meşə yanğınlarında həlak olan insanların sayı 10 nəfərə çatıb. Ümumilikdə son bir neçə gün ərzində bölgədə olan 10 mindən çox daşınmaz əmlakın yanaraq kül olduğu deyilir.