Bakı,
AzerVoice
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiya prezidenti
Vladimir Putinin onunla görüşmək istədiyini və bu görüşün təşkil
edildiyini açıqlayıb.
AzerVoice xəbər verir ki, Tramp Floridadakı Mar-a-Laqo malikanəsində respublikaçı qubernatorlarla keçirdiyi görüşdən sonra jurnalistlərə verdiyi qısa açıqlamada Rusiya-Ukrayna müharibəsinə toxunaraq Putinin görüş üçün təşəbbüs göstərdiyini bildirib.
“Putin mənimlə görüşmək istəyir və bu görüş artıq təşkil olunur. O, görüşmək niyyətini açıq şəkildə ifadə edib. Biz bu müharibəyə son qoymalıyıq, çünki bu, çox qanlı bir müharibədir”, – Tramp vurğulayıb.
Tramp, həmçinin daha əvvəl prezidentlik dönəmində Rusiya-Ukrayna müharibəsini mümkün qədər tez bitirmək istədiyini və bu məqsədlə Putinlə danışıqlar aparmağa hazır olduğunu bəyan etmişdi. Lakin gözlənilən görüşün dəqiq vaxtı və yeri ilə bağlı əlavə təfərrüatlar verilməyib.