Bakı,
AzerVoice
ABŞ Dövlət Katibi Antoni Blinken, yeni seçilmiş prezident Donald
Trampın Qrenlandiya ilə bağlı etdiyi açıqlamalara reaksiya
verib.
AzerVoice xəbər verir ki, Blinken,
Parisdə keçirdiyi görüşlər zamanı, bu cəhdin uğursuz olacağını və
növbəti prezidentin məqsədlərinin yalnız danışmaqla
məhdudlaşacağını bildirib.
Blinken, “Aydındır ki, Qrenlandiya barədə səslənən fikir yaxşı
deyil. Bunun baş verməyəcəyi aydındır, ona görə də bu barədə
danışmağa çox vaxt sərf etməməliyik.” - deyərək, Trampın
Qrenlandiya ilə bağlı planlarının baş tutmayacağını vurğulayıb.
Qeyd edək ki, Tramp, bu həftə Danimarkanın yarı muxtar bölgəsi olan
Qrenlandiyanın ABŞ-ın nəzarətinə keçməsini istədiyini bir daha
açıqlayıb və bunun üçün hərbi gücdən istifadəni də istisna
etmədiyini vurğulamışdı. Həmçinin o, Qrenlandiyanın ABŞ üçün milli
təhlükəsizlik baxımından da vacib olduğunu qeyd etmişdi.
Trampın Qrenlandiyaya nəzarət cəhdi baş tutmayacaq - Blinken
20