Bakı,
AzerVoice
Meksika Prezidenti Klaudiya Şeynbaum, ABŞ-ın yeni seçilmiş
prezidenti Donald Trampın Meksika Körfəzinin adını “Amerika
Körfəzi” olaraq dəyişdirmək təklifinə yumoristik bir cavab
verib.
AzerVoice xəbər verir ki , Milli
Sarayda keçirilən gündəlik mətbuat brifinqində, Şeynbaum, Trampın
Meksika Körfəzinin adını Amerika Körfəzi olaraq dəyişdirmək
istədiyini açıqlayıb.
Şeynbaum, Trampın bu fikrinə “Gəlin, Şimali Amerikaya da Meksika
Amerikası deyək” - deyə reaksiya verib.
“Meksika Körfəzi 1607-ci ildən bəri beynəlxalq səviyyədə tanınır.
Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən rəsmi olaraq qəbul
edilən bir ad var. Bəs niyə Şimali Amerikaya 'Meksika Amerikası'
demirik? Yaxşı səslənir, elə deyil?" - deyə o, qeyd edib.
Trampın Meksikanı hədəf alan açıqlamalarına da toxunan Şeynbaum, "Dünən prezident Tramp, ona yanlış məlumat verildiyini söylədi. Meksika xalqı tərəfindən idarə olunur və biz burada demokratiyamızı gücləndirməyə davam edirik" - deyə vurğulayıb.
Qeyd edək ki, Meksika Körfəzi, Amerika qitəsinin kəşfi sonrası, ispan kəşfiyyatçıları tərəfindən xəritələndirilmiş və 16-cı əsrin əvvəllərində bu adla tanınmağa başlanmışdır. O vaxtdan bəri beynəlxalq xəritələrdə bu ad istifadə olunur.