Bakı,
AzerVoice
Çadın paytaxt Əncəmin şəhərində Prezident Sarayına təşkil edilən
silahlı hücum zamanı 18 hücumçu və bir təhlükəsizlik əməkdaşın
həyatını itirib.
AzerVoice xəbər verir ki , hökumətin
açıqlamasına görə, hadisə zamanı 6 hücumçu və 3 təhlükəsizlik
əməkdaşı yaralanıb.
Çadın xarici işlər naziri və hökumət sözçüsü Abderaman
Koulamallah silahlı qrupun 24 nəfərdən ibarət olduğunu, Prezident
sarayının isə hazırda tam nəzarət altında olduğunu vurğulayıb.
Yerli sakinlərin sözlərinə görə, hücum zamanı Prezident Sarayı
ətrafında şiddətli qarşıdurmalar yaşanıb və hərbi maşın karvanları
Prezident Sarayına doğru irəliləyib. Hücumdan sonra küçələrə
tanklar yerləşdirilib, saraya gedən bütün yollar nəqliyyat üçün
bağlanıb.
Hücum, Çinin xarici işlər naziri Vanq Yinin paytaxt Nahamanı ziyarət edib Çad Prezidenti Məhəmməd İdris Debi İtno ilə görüşməsindən bir neçə saat sonra baş verib.
Qeyd edək ki, Çad son dövrlərdə Fransa ilə hərbi əməkdaşlıq müqaviləsinə xitam verib. Ölkəni 30 ildən çox dəmir yumruqla idarə edən keçmiş prezident İdris Debi İtno 2021-ci ildə üsyançılarla toqquşmalar zamanı öldürülüb. Onun oğlu Məhəmməd İdris Debi İtno hazırda ölkənin keçid hökumətinə rəhbərlik edir.