Əsas səhifə » İran italyan jurnalist Sesiliya Salanı azad edib - Roma

İran italyan jurnalist Sesiliya Salanı azad edib - Roma

Bakı, AzerVoice

İran həbsdə saxladığı italyan jurnalist Sesilia Salanı azad edib.

AzerVoice xəbər verir ki , İtaliyanın baş naziri Giorgia Meloni ofisinin verdiyi açıqlamaya görə, Sala hazırda İtaliyaya qayıdır.

“Diplomatik və kəşfiyyat kanalları vasitəsilə aparılan intensiv işlərdən sonra Cecilia Salanın olduğu təyyarə bir neçə dəqiqə əvvəl Tehranı tərk edib.” - deyə verilən açıqlamada bildirilib.

Qeyd edək ki, Sesiliya Sala adi iş vizası ilə İrana gedib, lakin dekabrın 19-da İran hakimiyyəti tərəfindən həbs edilib və İslam qanunlarını pozmaq və qeyri-müəyyən ittihamlarla Evin həbsxanasına aparılıb.

Digər Kateqoriyalar

2025 © Azervoice