Bakı,
AzerVoice
Kaliforniya ştatında güclü küləklərin təsiri ilə yayılan meşə
yanğınlarının ABŞ iqtisadiyyatına böyük zərər vuracağı
bildirilir.
AzerVoice xəbər verir ki , qlobal hava
proqnozu xidməti AccuWeather-in açıqlamasına əsasən, yanğınlar
nəticəsində ümumi zərərin və iqtisadi itkilərin 52-57 milyard
dollar arasında olması gözlənilir.
Los-Ancelesin Sakit Okean Palisades bölgəsində başlayan
yanğınlar quru hava şəraiti və külək səbəbindən sürətlə
genişlənərək təxminən 3 min hektar ərazini külə çevirib.
Bu səbəbdən, bölgədə yaşayan sakinlər üçün təxliyə əmri
verilib.
Kaliforniya qubernatoru Gavin Newsom, yanğınla mübarizə səylərinin davam etdiyini vurğulayıb və Los-Ancelesdə fövqəladə vəziyyət elan edib.
Yanğın nəticəsində Los-Ancelesin Sakit Okean Palisades, Hurst, İton və Vudli bölgələrində 2 nəfərin həyatını itirdiyi, çox sayda insanın isə yaralandığı bildirilib.