Əsas səhifə » Belçikada ictimai yerlərdə siqaret çəkməyə qadağa qoyulub

Belçikada ictimai yerlərdə siqaret çəkməyə qadağa qoyulub

Bakı, AzerVoice

Belçikada Fleurus şəhəri gənclərin sağlamlığını qorumaq məqsədilə ictimai yerlərdə siqaret və elektron siqaret istifadəsini qadağan edib.

AzerVoice xəbər verir ki, Fransızdilli RTL media qurumunun məlumatına görə, şəhərdə parklarda, uşaq meydançalarında, məktəblərdə, körpələr evlərində və qocalar evlərində tütün məmulatlarının istifadəsi qadağan edilib.

Qərara əsasən, məktəb, körpələr evi və qocalar evlərinin giriş-çıxışlarından 10 metr məsafədə siqaret və elektron siqaret çəkmək də qadağandır. Bu tədbirin əsas məqsədi uşaqları və gəncləri siqaret tüstüsünə məruz qalmaqdan qorumaqdır.

Qadağaya əməl etməyən şəxslər üçün isə hər hansı cəza və ya sanksiya hələ ki, nəzərdə tutulmayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice