Əsas səhifə » Almaniyada deportasiyalar artıb, sığınacaq müraciətləri isə azalıb

Almaniyada deportasiyalar artıb, sığınacaq müraciətləri isə azalıb

Bakı, AzerVoice

Almaniyada deportasiya olunanların sayı son bir ildə nəzərəçarpacaq dərəcədə artıb, eyni zamanda, ölkəyə sığınacaq müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb.

AzerVoice xəbər verir ki, Almaniya hökuməti bu dəyişikliklərin sərhəd təhlükəsizliyinin gücləndirilməsi və sığınacaq siyasətindəki yeniliklərlə bağlı olduğunu açıqlayıb.

Belə ki, 2024-cü ilin yanvar-noyabr ayları arasında Almaniyada 18 min 400 nəfər deportasiya edilib, bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz artım deməkdir.

Almaniyanın Baş naziri Olaf Scholz deportasiya proseslərinin daha effektiv həyata keçirildiyini vurğulayıb. O, federal hökumət və əyalət hökumətləri arasında ahəngdar əməkdaşlığın bu nəticələrə mühüm təsir etdiyini bildirib.

2024-cü ildə Almaniyaya edilən sığınacaq müraciətləri də əhəmiyyətli dərəcədə azalıb. 2023-cü ildə 351 min yeni sığınacaq müraciəti qeydə alınmışdı , 2024-cü ildə bu rəqəm 213 minə düşüb.

Qeyd edək ki, federal hökumət sərhədlərdə nəzarəti gücləndirmək üçün bir sıra yeni tədbirlər həyata keçirib. Bu tədbirlər həm deportasiya edilən şəxslərin sayını artırıb, həm də qanunsuz keçidlərin qarşısını alaraq , sığınacaq müraciətlərinin azalmasına səbəb olub.

Almaniya hökuməti bu istiqamətdə işləri davam etdirmək niyyətindədir. Baş nazir Scholz vurğulayıb ki, məqsəd immiqrasiya proseslərini daha effektiv və nəzarətli etməkdir.

Digər Kateqoriyalar

2025 © Azervoice