Bakı,
AzerVoice
“Kanalımız üzərində suverenlik müzakirə olunmur, bu, bizim mübarizə
tariximizin bir hissəsidir və kanal dönməz olaraq Panamaya
verilmişdir.”
AzerVoice xəbər verir ki, Panama
Xarici İşlər Naziri Xavyer Martinez-Aça, ABŞ-ın yeni seçilmiş
prezidenti Donald Trampın Panama Kanalı üzərində suverenliyi
yenidən ABŞ-a qaytarmaqla bağlı təhdidlərinə sərt reaksiya
verib.
Nazir, Panama xalqının kanal üzərindəki suverenliyinin "heç bir
halda müzakirə predmeti olmadığını" vurğulayıb.
Nazirin bu bəyanatı, Trampın ABŞ-a məxsus gəmilər üçün tranzit
rüsumlarının azaldılmaması halında Panama Kanalını hərbi güc
vasitəsilə geri almaq hədələrinə cavab olaraq gəlib.
Trampın bu açıqlamaları Panama hökumətinin və xalqının qəzəbinə
səbəb olub.
Qeyd edək ki, Donald Tramp, dünən Floridada keçirdiyi mətbuat konfransında, Panama Kanalı və Qrenlandiya ilə bağlı hərbi əməliyyatların mümkünlüyünü bəyan etmişdi.