Bakı, AzerVoice
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp, HƏMAS-ın girov
götürdüyü şəxsləri azad etməməsi halında, Yaxın Şərqdə "bütün
cəhənnəmin qapılarını açacağı" ilə hədələyib.
AzerVoice xəbər verir ki, Floridada
mətbuat konfransı keçirən Tramp, çıxışında girovların dərhal azad
edilməsinin vacibliyini vurğulayıb.
“Mən vəzifəyə başlayana qədər onları (girovları) azad etməsələr, Yaxın Şərqdə bütün cəhənnəm dağılar və bu, HƏMAS və ya başqaları üçün yaxşı olmaz.”- deyə o bildirib.
Lakin “cəhənnəmin qapılarının açılması” ifadəsi ilə konkret hansı tədbirləri nəzərdə tutduğunu açıqlamaqdan imtina edib.
Trampın bu sərt bəyanatı ilə paralel olaraq, İsrail ordusu bazar
ertəsi səhər Qalkilya yaxınlığında 3 israillinin ölümünə səbəb olan
hücumun faillərini axtarmağa davam edərkən, dünən İordan çayının
qərb sahilindəki əməliyyatlarını artıraraq 3 fələstinlini
öldürüb.
Bu gərginlik , İsrailin baş naziri Binyamin Netanyahunun Qalkilya
hücumuna cavab olaraq İordan çayının qərb sahilində artan
əməliyyatları təsdiqlədiyini elan etdikdən bir neçə saat sonra baş
verib.