Bakı, AzerVoice
Kubada hərbi ləvazimatların saxlanıldığı anbarda partlayış baş verib.
AzerVoice xəbər verir ki, Kubada bir material anbarında baş verən partlayışdan sonra 13 əsgərlə əlaqə saxlamaq mümkün olmadığı açıqlanıb.
Kuba İnqilabçı Silahlı Qüvvələr Nazirliyinin (Minfar) verdiyi açıqlamada, Holguin əyalətinin Melones bölgəsindəki anbarda naməlum səbəbdən hərbi materialların partladığı bildirilib.
Səlahiyyətlilər itkin düşən hərbçilərin ailələrinə məlumat verildiyini və Silahlı Qüvvələrin hadisənin həllinə maksimum diqqət yetirdiyini vurğulayıblar.
Holguin Əyalət Müdafiə Şurası və Silahlı Qüvvələr Nazirliyi tərəfindən görülən tədbirlər çərçivəsində hadisə yerinə yaxın ərazilərdə yaşayan 500-ə yaxın insan ehtiyat tədbiri olaraq təxliyə edilib.