Bakı,
AzerVoice
Yaponiyaya səyahət edən avstraliyalı turistlərin sayı 2024-cü ildə
200 min nəfərlə 2019-cu ildəki rekordunu yeniləyərək, yüksək həddə
çatıb.
AzerVoice xəbər verir ki, Yaponiya
Milli Turizm Təşkilatının (JNTO) məlumatına görə, ötən ilin
yanvar-noyabr ayları arasında 807 min 800 avstraliyalı ölkəyə
səyahət edib.
Yaponiya hökuməti turistlərin daha çox Tokio və Kyoto kimi məşhur
şəhərlərə üz tutduğunu və bu bölgələrdə artıq turizm sıxlığının
ciddi problemlər yaratdığını açıqlayıb.
JNTO, turistləri Tohoku və Kanazava kimi daha az tanınan bölgələrə səfər etməyə təşviq edir. Bildirilir ki, Avstraliyalı turistlər Yaponiyada ən uzun müddət qalan qonaqlardır və bu da ölkənin infrastrukturuna əlavə yük gətirir.
Turizm rəsmiləri bildiriblər ki, Yaponiya artıq bu qədər böyük sayda turistin öhdəsindən gəlməkdə çətinlik çəkir və gələn aylarda bu rəqəmlərin daha da artacağı gözlənilir.
Avstraliya dollarının Yapon yeninə qarşı bahalaşması da
səyahətlərə olan marağı artıran əsas amillərdən biri olub. Yaponiya
pandemiyadan sonra turizmi canlandırmaq üçün təşviqlərə başlayıb.
Lakin bunun nəticəsində həddindən artıq turizm problemi
yaranıb.
Yaponiya mübarizə üsulları ilə bağlı , keçən il Kyoto şəhərindəki
məşhur geyşa bölgələrində həddindən artıq turist axınına qarşı
tədbirləri gücləndirilib və ziyarətçilərin yan küçələrə daxil
olması qadağan edilib.
Yaponiya ilə yanaşı, həddindən artıq turizm problemləri ilə bağlı oxşar xəbərlər Venesiya, Amsterdam və Kanar adaları kimi məşhur turizm məkanlarından da gəlir.