Əsas səhifə » Panama kanalına qarşı əsgər qüvvəsi istifadə edə bilərik - Tramp

Panama kanalına qarşı əsgər qüvvəsi istifadə edə bilərik - Tramp

Bakı, AzerVoice

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp, Panama Kanalı və Qrenlandiyaya nəzarət üçün lazım gələrsə hərbi gücdən istifadə edə biləcəyinə işarə edib.

AzerVoice xəbər verir ki, Floridada təşkil olunan mətbuat konfransında çıxış edən Tramp, bu iki strateji bölgənin ABŞ-ın iqtisadi təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıdığını vurğulayıb.

Panama Kanalına və Qrenlandiyaya nəzarət üçün əsgərlərdən istifadə etməyəcəyinə dair zəmanət verib-verməyəcəyi sualına Tramp, “Xeyr, bu ikisi ilə bağlı sizə zəmanət verə bilmərəm. Ola bilər ki, nəsə etməliyik. Onlara iqtisadi təhlükəsizliyimiz üçün ehtiyacımız var”. - deyə cavab verib.

Tramp qeyd edib ki, Panama Kanalı ABŞ ordusu tərəfindən tikilib və ölkənin strateji maraqları üçün mühüm əhəmiyyət kəsb edir. Lakin hazırda kanalın Çin tərəfindən idarə olunduğunu qeyd edən Tramp , “Panama Kanalı ABŞ üçün həyati əhəmiyyət daşıyır. Biz onu Panamaya verdik, lakin indi kanalı Çin idarə edir. Bu, qəbulolunmazdır.” - deyə vurğulayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice