Əsas səhifə » Tramp Kapitola hücum edənləri əfv edəcəyinə söz verib

Tramp Kapitola hücum edənləri əfv edəcəyinə söz verib

Bakı, AzerVoice

ABŞ-ın yeni prezidenti Donald Tramp, 2021-ci il yanvarın 6-da Kapitoliyə edilən hücumda iştirak edənlərin bəzilərini prezident əfv edəcəyinə söz verib.

AzerVoice xəbər verir ki, dörd il əvvəl Trampın tərəfdarlarının seçki nəticələrinə etiraz olaraq Konqres binasına hücum etdiyi günlə eyni tarixdə, ABŞ qanunvericiləri onun 2024-cü il seçkilərində qələbəsini təsdiqləmək üçün Kapitolidə toplaşıblar.

Tramp, Truth Social platformasında paylaşım edərək, “Konqres bu gün bizim böyük seçki qələbəmizi təsdiq edir... Tarixdə möhtəşəm bir andır.” -deyə bildirib.

Tramp daha sonra yanvarın 6-da Kapitoliyə toplaşan izdihamın fotoşəklini də paylaşaraq həmin hadisəni yenidən gündəmə gətirib.

Dünənki konqres dinləməsi isə ABŞ-ın vitse-prezidenti Kamala Harris üçün xüsusilə həssas və simvolik məna daşıyır. Harris, prezident Co Baydenin vitse-prezidenti kimi, bu dəfə seçki nəticələrini təsdiqləmək və Trampın qələbəsini rəsmi olaraq sənədləşdirmək üçün sessiyaya rəhbərlik etməli olub.

Qeyd edək ki, 2021-ci ildə Kapitoliyə edilən hücum zamanı təxribat və zorakılıq aktlarında iştirak etdiyi üçün həbs olunan 660-dan çox şəxs hazırda ABŞ həbsxanalarında cəza çəkir. Tramp, prezidentlik postuna qayıdacağı təqdirdə bu məhkumlardan bəzilərini əfv edəcəyini bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice