12
Bakı, AzerVoice
Luiziana ştatının səhiyyə rəsmiləri quş qripi səbəbindən ölkədə
ilk insan ölümünü təsdiqləyib.
AzerVoice xəbər verir ki, həlak olan
şəxs, başqa xəstəlikləri olan və yaşı 65-dən yuxarı yaşlı bir insan
olub.
Məlumata görə, xəstə tənəffüs yolları problemi səbəbindən xəstəxanaya yerləşdirilib və bu hadisə ABŞ-da H5N1 virusuna ilk ciddi insan yoluxması hesab edilir.
Səhiyyə qurumları isə quş qripinin insan sağlamlığı üçün ümumi risk səviyyəsinin hələ də aşağı olduğunu vurğulayıblar.