Əsas səhifə » Himalay dağlarında güclü zəlzələ baş verib

Himalay dağlarında güclü zəlzələ baş verib

Bakı, AzerVoice

Nepalın paytaxtı Katmanduda bu səhər 7,1 bal gücündə zəlzələ hiss edilib.

AzerVoice xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Nepalın Tibetlə sərhədindəki Lopuş şəhərindən 93 kilometr aralıda olduğunu bildirib.

Fransanın AFP agentliyinin məlumatına görə, güclü təkanlar Everest dağı yaxınlığındakı ucqar ərazilərdə baş verib və Katmanduda binaların silkələnməsinə səbəb olub.

Çin Mərkəzi Televiziyası (CCTV) isə Tibetin Şiqatse şəhərində 6,9 bal gücündə zəlzələ baş verdiyini və zəlzələnin 10 kilometr dərinlikdə qeydə alındığını açıqlayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice