Əsas səhifə » Çində baş verən zəlzələ nəticəsində 30-dan çox insan ölüb

Çində baş verən zəlzələ nəticəsində 30-dan çox insan ölüb

Bakı,AzerVoice

Çinin Tibet Muxtar Vilayətinin Şiqatse şəhərində 6,8 bal gücündə zəlzələ baş verib.

AzerVoice xəbər verir ki, ən azı 32 nəfərin ölümü ilə nəticələnən zəlzələ Nepal və Hindistanda da hiss olunub.

Zəlzələ 10 kilometr dərinlikdə qeydə alınıb.

Çin mediası zəlzələnin Şiqatse şəhərinin Dinqri bölgəsində və ətrafında güclü hiss edildiyini və bir çox binanın dağıldığını açıqlasa da, ilkin təsbitlərə görə ən az 32 nəfərin həyatını itirdiyi bildirilir.

Zərərin qiymətləndirilməsi işlərinin davam etdiyi bildirilərkən, zəlzələnin Nepal və Hindistanda da hiss edildiyi bildirilib.

Digər Kateqoriyalar

2025 © Azervoice