Əsas səhifə » Kanada baş naziri Castin Trüdo bu həftə istefasını açıqlaya bilər

Kanada baş naziri Castin Trüdo bu həftə istefasını açıqlaya bilər

Bakı, AzerVoice

Kanadanın baş naziri Castin Trüdo, Liberal Partiya daxilində artan narazılıq səbəbindən bu həftə istefa verə bilər.

AzerVoice xəbər verir ki, bu barədə Globe and Mail qəzeti üç anonim mənbəyə istinadən xəbər yayıb.

Mənbələrin bildirdiyinə görə, Trüdonun bəyanatı çərşənbə günü keçiriləcək Liberal Milli Partiyasının qurultayından əvvəl elan oluna bilər. Hələlik onun müvəqqəti olaraq vəzifəsini davam etdirib-etdirməyəcəyi bəlli deyil.

Qeyd edək ki, Trüdo 2015-ci ildən baş nazir vəzifəsindədir və Liberal Partiyanı üç seçkidə qalib edib. Lakin son rəy sorğularında o, mühafizəkar lider Pierre Poilievre-dən 20 xal geri qalır.

Digər Kateqoriyalar

2025 © Azervoice