Əsas səhifə » Gürcüstanda nazirliklərin sayı 13-ə çatdırılıb

Gürcüstanda nazirliklərin sayı 13-ə çatdırılıb

Bakı. AzerVoice:

2025-ci il yanvarın 1-dən etibarən Gürcüstanda nazirliklərin sayı artırılaraq 13-ə çatdırılıb.

AzerVoice xəbər verir ki, əvvəllər Mədəniyyət Nazirliyinin tərkibində olan İdman Nazirliyi müstəqil struktur olaraq fəaliyyətə başlayıb. Bu barədə “Novosti-Georgia” məlumat yayıb.

“Hökumət strukturu haqqında” qanunda edilən dəyişikliklərə əsasən, yeni yaradılmış departamentlər öz funksiyalarını yenidən nəzərdən keçirərək optimallaşdırma işlərini həyata keçirəcək.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze restrukturizasiya prosesini 2024-cü il oktyabrın 26-da keçiriləcək parlament seçkiləri öncəsi elan edib.

Digər Kateqoriyalar

2025 © Azervoice