Əsas səhifə » İtaliyanın ən sərt siqaret qadağası qüvvədədir

İtaliyanın ən sərt siqaret qadağası qüvvədədir

Bakı, AzerVoice

İtaliyanın maliyyə və moda paytaxtı Milanda 2025-ci il yanvarın 1-dən etibarən bütün ictimai yerlərdə siqaret çəkilməsi qadağan edilib.

AzerVoice xəbər verir ki, yeni tənzimləməyə əsasən, bütün ictimai yerlərdə, o cümlədən küçələrdə siqaret çəkmək qadağandır və qaydalara əməl etməyənlər 40 ilə 240 avro arasında cərmə ödəyəcəklər.

Milan Bələdiyyəsi bu qadağanın təkcə sağlamlıq məqsədi daşımadığını, həm də ətraf mühitin qorunmasına yönəldiyini açıqlayıb. 2020-ci ildə şəhərdə qəbul edilən təmiz hava qanunu göstərib ki, siqaret tüstüsü ətraf mühitin çirklənməsinin 7 faizinə səbəb olur. Qadağanın birinci mərhələsində uşaq meydançalarında, avtobus dayanacaqlarında və açıq havada idman obyektlərində siqaret çəkmək məhdudlaşdırılıb. İndi isə bu qadağa bütün açıq əraziləri əhatə edir. Bununla belə, elektron siqaretlər və vapinq cihazları qadağadan istisna edilib. Yeni qaydaya əsasən, yalnız ətrafda ən azı 10 metr məsafədə insan olmadıqda siqaret çəkməyə icazə veriləcək.

Milan Polis Departamentinin rəsmiləri qadağanın ilk günündə heç bir həbsin və ya ciddi pozuntunun qeydə alınmadığını bildiriblər. Milanda tətbiq edilən bu sərt qadağanı dəstəkləyənlər və tənqid edənlər var.

Milan-Kortina Qış Olimpiya Oyunları zamanı qüvvəyə minəcək bu qadağanın beynəlxalq iştirakçılara təsiri maraqla gözlənilir. İtaliya 2005-ci ildən bəri qapalı məkanlarda siqaret çəkməyi qadağan edib. Bununla belə, bir çox şəhərdə uşaqların və ya hamilə qadınların yanında siqaret çəkməyi qadağan edən əlavə qaydalar olsa da, bu qaydaların həyata keçirilməsində çətinliklər yaşanır. Açıq masalarda siqaret çəkmək Romadakı restoranlarda adi bir təcrübə olaraq qalır.

Digər Kateqoriyalar

2025 © Azervoice