Əsas səhifə » İtaliyada açıq havada siqaret çəkmək qadağası qüvvəyə minib

İtaliyada açıq havada siqaret çəkmək qadağası qüvvəyə minib

Bakı,AzerVoice

İtaliyanın Milan şəhərində açıq havada siqaret çəkmək qadağası qüvvəyə minib.

AzerVoice xəbər verir ki, Avropanın ən çox hava çirkliliyinə malik şəhərlərindən biri olan Milanda, bələdiyyənin Hava Keyfiyyəti Nizamnaməsi ilə 2021-ci ildən etibarən açıq havada siqaret çəkməyə müxtəlif məhdudiyyətlər qoyulub.

Siqaret çəkməyə yalnız digər insanlardan ən azı 10 metr məsafə saxlamaq mümkün olan “təcrid olunmuş” yerlərdə icazə veriləcək.

Qadağaları pozanlar 40-240 avro arasında cərimə olunacaqlar.

Qeyd edək ki, elektron siqaretlər bu mərhələdə qadağaya daxil edilməyib.

Digər Kateqoriyalar

2025 © Azervoice