Əsas səhifə » Belçika elektron siqaretlərin satışını qadağan edən ilk Aİ ölkəsi olacaq

Belçika elektron siqaretlərin satışını qadağan edən ilk Aİ ölkəsi olacaq

Bakı,AzerVoice

Belçika sağlamlıq və ekoloji səbəblərə görə 2025-ci il yanvarın 1-dən etibarən elektron siqaretlərin satışını qadağan edəcək.

AzerVoice xəbər verir ki, Belçikanın Səhiyyə Naziri Frank Vandenbroucke ucuz elektron siqaretlərin gəncləri nikotinə aludə etmək üçün asan yol olduğunu və sağlamlıq üçün təhlükəyə çevrildiyini bildirib.

"Birdəfəlik elektron siqaretlər gənc istehlakçıları cəlb etmək üçün hazırlanmış yeni məhsuldur",- deyə Vandenbrouk vurğulayıb.

Həmçinin, Vandenbrouk 27 ölkədən ibarət blokda tütünlə bağlı daha sərt tədbirlərin görülməsini istəyir.

“Biz Avropa Komissiyasını tütün qanunvericiliyinin yenilənməsi və müasirləşdirilməsi üçün yeni təşəbbüslərlə çıxış etməyə çağırırıq”, - o deyib.

Belçikanın qərarı, xüsusilə ətraf mühit məsələlərində, hətta bəzi elektron siqaretlərin satıldığı mağazalarda belə anlayışla qarşılanır.

Digər Kateqoriyalar

2025 © Azervoice