Bakı, AzerVoice
ABŞ Prezidenti Co Bayden, Cənubi Koreyada baş verən dəhşətli
təyyarə qəzasından sonra Amerika xalqının zərərçəkmişlərə dərin
başsağlığı verdiyini və ölkəsinin hər cür yardıma hazır olduğunu
açıqlayıb.
AzerVoice xəbər verir ki, O, ABŞ və
Cənubi Koreya arasındakı yaxın müttəfiqlik əlaqələrinə diqqət
çəkərək, bu faciənin təsir etdiyi ailələrə və icmalara dəstək
göstərmək üçün lazım olan hər şeyi edəcəklərini bildirib.
Qeyd edək ki, faciə, bazar günü səhər saat 09:00-da Cənubi Koreyanın Muvan Beynəlxalq Hava Limanında baş verib. Taylandın paytaxtı Banqkokdan gələn Jeju Air-ə məxsus 7C2216 saylı reys, eniş zamanı uçuş-enmə zolağından çıxaraq divara çırpılıb və alovlanıb. Təyyarədə olan 175 sərnişin və 6 ekipaj üzvündən 179 nəfər həlak olub. Sağ qalan iki ekipaj üzvü isə hazırda müalicə altındadır.
Cənubi Koreyanın Nəqliyyat Nazirliyi bu hadisənin ölkə tarixində ən çox ölümə səbəb olan aviasiya qəzası olduğunu təsdiqləyib. Yerli media görüntülərində təyyarənin eniş təkərləri açılmadan sürüşərək naviqasiya avadanlığı və divarla toqquşduğu və nəticədə böyük bir alov topuna çevrildiyi göstərilib.
Qlobal aviasiya qaydalarına uyğun olaraq, qəzanın səbəblərinin araşdırılması üçün Cənubi Koreya mülki araşdırma aparır. Bu prosesə ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) rəhbərlik edir və araşdırmada Boeing, Federal Aviasiya Administrasiyası və digər mütəxəssislər də iştirak edir.