Əsas səhifə » Yaponiyada pişik adasında böhran

Yaponiyada pişik adasında böhran

Bakı, AzerVoice

Yaponiyanın “pişik adası” kimi tanınan Aoshima, ölkədə yaşanan demoqrafik böhranın mənfi təsirlərinə məruz qalıb.

AzerVoice xəbər verir ki, bu barədə Britaniyanın tanınmış qəzetlərindən olan “The Guardian” məlumat yayınlayıb.

Bir vaxtlar 200-ə yaxın pişik yaşayan adada indi cəmi 80 pişik qalıb, onların çoxu yaşlıdır və xəstəliklərdən əziyyət çəkir.

Əhalinin azalması isə II Dünya Müharibəsindən sonra başlayıb. 900 nəfərin yaşadığı ada, iş imkanlarının azlığı və sardina balıqlarının tükənməsi səbəbindən tərk edilib. Hazırda adada cəmi 4 nəfər yaşayır.

Adanın “Pişik Anası” Naoko Kamimoto gündəlik olaraq pişiklərə baxır, onları bəsləyir və lazım gəldikdə müalicə edir. O, adanın gələcəyi ilə bağlı,
“Bir gün burada nə insan, nə də pişik qalacaq. Onlara mümkün qədər yaxşı baxmağa çalışırıq.”- deyə bildirib.

2018-ci ildən bəri pişiklərin sterilizasiyası həyata keçirilir və bu, yeni doğumların qarşısını alıb. Aoshima Cat Protection Society-dən Kichi Takino, insanların yoxa çıxmasından əvvəl pişiklərin vəziyyətini nəzarətdə saxlamağın vacibliyini vurğulayıb.

Aoshimada baş verənlər Yaponiyanın ümumi demoqrafik böhranının bir hissəsidir. Yaşlı əhalinin artması, nikahların və doğumların azalması ölkə miqyasında ciddi narahatlıq yaradır. Adanın 400 illik tarixi olsa da, həm insanlar, həm də pişiklər üçün Aoshimanın boş qalması qaçınılmaz görünür

Digər Kateqoriyalar

2024 © Azervoice