Əsas səhifə » ABŞ-da evsizlərin nisbəti 2024-cü ildə 18 faiz artıb

ABŞ-da evsizlərin nisbəti 2024-cü ildə 18 faiz artıb

Bakı, AzerVoice

ABŞ-da 2024-cü ildə evsizlərin nisbəti bir əvvəlki ilə müqayisədə 18 faiz artaraq son illərdə qeydə alınan ən böyük illik artıma çatıb.

AzerVoice xəbər verir ki,ABŞ Mənzil və Şəhər İnkişafı Departamentinin verdiyi məlumata görə, ölkədə 771 min insan təcili sığınacaqlarda, müvəqqəti sığınacaq proqramlarında və ya küçələrdə yaşayır.

Departamentin hesabatında bu artımın əsas səbəbləri arasında mənzil qiymətlərindəki böhran, artan inflyasiya, durğun maaşlar, sistematik irqçilik və ictimai sağlamlıqla bağlı bərabərsizliklər göstərilib.

Uşaqlı ailələrdə evsizlik nisbətinin 39 faiz, 18 yaşa qədər uşaqlar arasında isə 33 faiz (təxminən 150 min nəfər) artdığı qeyd olunub.

Digər Kateqoriyalar

2024 © Azervoice