Əsas səhifə » Somalinin cənubunda ABŞ-ın hücumu nəticəsində ölənlər var

Somalinin cənubunda ABŞ-ın hücumu nəticəsində ölənlər var

Bakı, AzerVoice

Çərşənbə axşamı Somalinin cənubunda həyata keçirilən hava hücumu nəticəsində iki Əl-Şəbab üzvü öldürülüb.

AzerVoice xəbər verir ki, bu barədə ABŞ ordusu dünən açıqlama verib.

Açıqlamaya görə, hücum Somali Federal Hökuməti ilə koordinasiya olunaraq, paytaxt Moqadişu yaxınlığında yerləşən Koino Baro şəhərindən təxminən 10 kilometr cənub-qərbdə həyata keçirilib.

İlkin qiymətləndirməyə görə, mülki vətəndaşlar xəsarət almayıb.

Somali hökuməti, eyni bölgədə keçirilən əməliyyatda Əl-Qaidə liderinin öldürüldüyünü açıqlayıb.

Qeyd edək ki, "Əş-Şəbab" qruplaşması 15 ildən artıqdır ki, Somali hökumətinə qarşı silahlı üsyan aparır. Somali hökuməti və beynəlxalq ictimaiyyətin dəstəyi ilə 2011-ci ildə Afrika Birliyi qüvvələri Əş-Şəbab-ı paytaxt Moqadişudan çıxarsa da, qrup hələ də kənd yerlərində fəaliyyət göstərir və hərbi, mülki hədəflərə hücumlar təşkil edir.

Digər Kateqoriyalar

2024 © Azervoice