15
Bakı,
AzerVoice
Japan Airlines (JAL) daxili və beynəlxalq uçuşlara təsir göstərə
biləcək kiberhücuma məruz qaldığını açıqlayıb.
AzerVoice xəbər verir ki, şirkətin "X"
platformasındakı paylaşımına əsasən, hücum yerli vaxtla səhər saat
07:24-də (GMT 22:24) başlayıb və daxili, həmçinin beynəlxalq uçuş
sistemlərinə təsir edib.
JAL nümayəndəsi hücumu təsdiqləyib, lakin hələlik mümkün uçuş
gecikmələri və ya ləğvləri ilə bağlı heç bir məlumatın daxil
olmadığını bildirib.
Hadisə ilə bağlı araşdırmalar davam edir və sərnişinlərə mümkün ola
biləcək gecikmə və ya ləğv hallarına hazır olmaları tövsiyə
edilir.